Xəbər lenti
Dəmir yumruq » Dünya » 2035-ci ildən Avropada daxili yanma mühərrikləri ilə işləyən yeni avtomobillərin satışı qadağan ediləcək
Dünya / 14-02-2023, 18:28

2035-ci ildən Avropada daxili yanma mühərrikləri ilə işləyən yeni avtomobillərin satışı qadağan ediləcək

Avropa Parlamenti bu gün keçirilən iclasında Avropa Komissiyasının 2035-ci ildən etibarən Avropa İttifaqı ərazisində daxili yanma mühərrikləri və benzin və dizel yanacağı ilə işləyən minik avtomobillərinin satışının qadağan edilməsi barədə təklifini təsdiq edib.

AZƏRTAC xəbər verir ki, Avropa Parlamentinin qərarına əsasən, 2035-ci ildə satışa çıxarılacaq bütün yeni avtomobillər atmosferə sıfır zərərli tullantılar buraxılması tələblərinə cavab verməlidir. 2030-cu ildə tullantıların azaldılmasına dair təxmini ara hədəflər minik avtomobilləri üçün 55 faiz, kommersiya maşınları üçün isə 50 faiz həcmində müəyyən edilib. Ekspertlər əmindirlər ki, Avropa İttifaqı iqlim dəyişikliyi üzrə öz üzərinə qlobal liderlik missiyasını götürməlidir. Onlar vurğulayırlar ki, bu, ətraf mühitin və vətəndaşların mühafizə olunmasında tarixi məqamdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.