Xəbər lenti
Dəmir yumruq » Dünya » BMT rəsmisi Suriyanın şimal-qərbinə yardım çatdırılması məsələsini müzakirə edəcək
Dünya / 13-02-2023, 02:44

BMT rəsmisi Suriyanın şimal-qərbinə yardım çatdırılması məsələsini müzakirə edəcək

BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Heyr Pedersen Dəməşqdə ölkənin şimal-qərb bölgələrinə humanitar yardımın çatdırılması mexanizmini müzakirə edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə norveçli diplomat şəhərə gələrkən jurnalistlərə bildirib. Onun sözlərinə görə, ölkənin xarici işlər naziri Feysal Mikdad ilə keçiriləcək görüşdə humanitar dəhlizlərin açılması məsələsi müzakirə ediləcək.

Pedersen, həmçinin qeyd edib ki, hazırda BMT maliyyə resurslarını səfərbər edir.

Fevralın 10-da Suriya Nazirlər Şurası zəlzələdən zərər çəkmiş bütün bölgələrə, o cümlədən Dəməşqin nəzarətində olmayan ərazilərə humanitar yardımın çatdırılması barədə qərar qəbul edib. Bu yardımın paylanmasına Beynəlxalq Qızıl Xaç Komitəsi və Suriya Qızıl Aypara Cəmiyyəti BMT agentlikləri ilə əməkdaşlıq çərçivəsində nəzarət edəcək.

Xatırladaq ki, Suriyada baş vBMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Heyr Pedersen Dəməşqdə ölkənin şimal-qərb bölgələrinə humanitar yardımın çatdırılması mexanizmini müzakirə edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə norveçli diplomat şəhərə gələrkən jurnalistlərə bildiribermiş zəlzələ nəticəsində 8500 nəfər həlak olub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.