Xəbər lenti
Dəmir yumruq » Dünya » Zəlzələdən 165 saat sonra daha bir nəfər dağıntılar altından çıxarılıb
Dünya / 13-02-2023, 02:40

Zəlzələdən 165 saat sonra daha bir nəfər dağıntılar altından çıxarılıb

Türkiyədə zəlzələdən 165 saat sonra daha bir nəfər dağıntılar altından çıxarılıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Adıyamanda 165 saat dağıntılar altında qalmış 44 yaşlı Naime Şakar xilas edilib.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.