Xəbər lenti
Dəmir yumruq » Dünya » Gürcüstan hökuməti Türkiyədə zəlzələdən zərər çəkənlərə bir milyon lari ayırıb
Dünya / 11-02-2023, 02:48

Gürcüstan hökuməti Türkiyədə zəlzələdən zərər çəkənlərə bir milyon lari ayırıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qərarı ilə Türkiyə Respublikasında təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardımın göstərilməsi üçün 1 milyon lari ayrılıb.

Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Bildirilib ki, hökumətin ehtiyat fondundan ayrılan məbləğ Türkiyədə təbii fəlakətdən zərər çəkmiş vətəndaşlar üçün dərman, ərzaq, geyim, tibbi avadanlıq və digər zəruri malların alınmasına və Türkiyə Respublikasına daşınmasına xərclənəcək.

Qeyd edək ki, bundan başqa, Gürcüstan parlamenti, qeyri-hökumət təşkilatları və əhali qrupu da Türkiyədə təbii fəlakətdən zərər çəkmiş insanlara yardım edir.

Fevralın 10-da humanitarla yardımla dolu 4 yük avtomobili Türkiyəyə yola salınıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.