İtaliya Türkiyəyə 1 milyon avro maliyyə yardımı ayırıb
İtaliya zəlzələlərin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə 1 milyon avro maliyyə yardımı ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
“Fevralın 6-da Türkiyə və Suriyada baş vermiş, minlərlə insanın həlak olması və yaralanması, infrastrukturun və binaların zədələnməsi və dağılması ilə nəticələnən şiddətli zəlzələlərdən zərər çəkənlərə dəstək məqsədilə Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin təklifi ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına ümumilikdə 1 milyon 750 min avro maliyyə yardımı köçürülüb. Sözügedən yardımın 1 milyon avrosu Türkiyə Qızıl Aypara Cəmiyyətinə, 750 min avrosu isə Suriya Qızıl Aypara Cəmiyyətinə ayrılıb”, - deyə nazirliyin məlumatında bildirilir.