İspaniyanın “Inditex” şirkəti Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə 3 milyon avro yardım edib
İspaniyanın iri mağazalar şəbəkəsinin (“Zara Home”, “Massimo Dutti”, “Bershka”, “Oysho”, “Pull & Bear”, “Stradivarius”, “Uterqüe”) sahibi “Inditex” şirkəti Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə dəstək üçün 3 milyon avro ianə edib.
AZƏRTAC xəbər verir ki, “Inditex” maliyyə töhfəsinə əlavə olaraq, öz yerli tədarükçülərinin dəstəyi ilə Türkiyənin Qızıl Aypara Cəmiyyətinə və Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) 500 mindən çox isti əşyalar təqdim edib. Zəlzələdən zərər çəkən şəxslərə paylamaq üçün ilk tədarüklər artıq başlanıb.