Dəmir yumruq » Dünya » Vatsap istifadəçilərə qrup çatlarında yeni funksiya təqdim edəcək
Dünya / 9-02-2023, 02:48

Vatsap istifadəçilərə qrup çatlarında yeni funksiya təqdim edəcək

Vatsap messencerində istifadəçilərə qrup çatlarında zəngləri planlaşdırmaq imkanı təklif edən funksiya hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Məlumata görə, bu funksiya ilə zəngin adını, tarixini və vaxtını seçmək mümkün olacaq. Bundan əlavə, onun iştirakçıları zəngin yaradılması və onun başlanması barədə bildirişlər alacaqlar.
Yenilik “Android”də messencerin beta versiyasında mövcud olacaq. Bu funksiyanın nə vaxt hər kəs üçün əlçatan olacağı barədə hələlik məlumat verilmir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.