Dəmir yumruq » Dünya » Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 12 min 391 nəfərə çatıb – Son məlumat
Dünya / 9-02-2023, 02:47

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 12 min 391 nəfərə çatıb – Son məlumat

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 12 min 391 nəfərə, yaralananların sayı isə 62 min 914 nəfərə çatıb.

AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.