Xəbər lenti
Dəmir yumruq » Dünya » Polşa Rusiya ilə sərhəddə elektron sədd çəkəcək
Dünya / 6-02-2023, 03:09

Polşa Rusiya ilə sərhəddə elektron sədd çəkəcək

Polşa mart ayından etibarən Rusiya ilə sərhəddə elektron sədd çəkməyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Polşa Sərhəd Mühafizəsinin mətbuat xidmətinin rəhbəri Anna Mixalskaya deyib.

"Kalininqrad vilayəti ilə sərhəddə elektron səddin tikintisinə martda başlanılması planlaşdırılır. Kalininqrad vilayəti ilə ərazidəki elektron sistem quru sərhədinin təxminən 200 kilometrində işləyəcək. Elektron sədd sensorlar və kameralar sistemidir ki, onun sayəsində hava şəraitindən asılı olmayaraq, sərhəddə qalmadan əraziyə 24 saat nəzarət etmək mümkündür", - deyə A.Mixalskaya bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Polşa-Rusiya sərhədində tikanlı məftilli maneə quraşdırılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.