Xəbər lenti
Dəmir yumruq » Dünya » Çexiya ötən il Rusiyadan təbii qazın tədarükünü 93 faiz azaldıb
Dünya / 1-02-2023, 02:36

Çexiya ötən il Rusiyadan təbii qazın tədarükünü 93 faiz azaldıb

Çexiyanın Baş naziri Petr Fiala 2022-ci ilin sonuna qədər Rusiya təbii qazının ölkədəki payının 4 faizə qədər azaldığını bildirib.

AZƏRTAC bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Baş nazirin sözlərinə görə, 2022-ci ilin əvvəlində Rusiyanın qazı Çexiyanın tələbatının 97 faizini təmin edib.

P.Fiala bildirib ki, ölkə hakimiyyəti “xaricdən gələn” mayeləşdirilmiş təbii qaz sayəsində Rusiyanın enerji resurslarından asılılığını azalda bilib.

Ötən ilin sonuna olan məlumata görə, Çexiyada qaz ehtiyatları 2,9 milyard kubmetr təşkil edib. Ölkənin qaz anbarları 84 faiz doludur.

Çexiya hakimiyyət orqanları təchizat problemlərinə görə qaz istehlakını azaltmağa çalışır. Bu qış ümumilikdə 800 milyon kubmetr qaza qənaət etmək niyyətindədir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.