Xəbər lenti
Dəmir yumruq » Dünya » “General Motors” ötən il Rusiya bazarını tərk etməsindən 657 milyon dollar itirib
Dünya / 1-02-2023, 02:35

“General Motors” ötən il Rusiya bazarını tərk etməsindən 657 milyon dollar itirib

Amerikalı avtomobil istehsalçısı “General Motors” 2022-ci ildə Rusiyada biznesin dayandırılmasından 657 milyon dollar itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilib.

Qeyd edilib ki, məbləğə xalis investisiyaların silinməsi və yığılmış transfer zərərlərinin mənfəətə köçürülməsi daxildir.

Şirkət 2022-ci ilin mart ayından Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar Rusiya, Belarus və sanksiyalara məruz qalan digər ərazilərə avtomobillərin və komponentlərin tədarükünü dayandırıb.

Öətən ilin mart ayına qədər şirkət ABŞ-dan Rusiyaya premium “Chevrolet” və “Cadillac” modellərini tədarük edirdi. Avropa Biznes Assosiasiyasının (AEB) məlumatına görə, modellərin ümumi satışları 2021-ci ildə 2020-ci illə müqayisədə 1,7 dəfə artaraq 3 min 423 ədəd olub.

Xatırladaq ki, bir neçə il əvvəl, hələ 2015-ci ildə şirkət Sankt-Peterburqdakı zavodunda avtomobillərin istehsalını məhdudlaşdıraraq Rusiyadakı mövcudluğunu əhəmiyyətli dərəcədə azaltmışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.