Türkiyə fevralın 14-15-də qaz sammiti keçirəcək
Fevralın 14-15-də Türkiyə qaz qovşağı məsələsini müzakirə etmək üçün sammit keçirəcək.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbul Qaz Sammitində Yaxın Şərq, Aralıq dənizi və Mərkəzi Asiya regionlarından "mavi yanacaq" istehsal edən ölkələrin, eləcə də Avropadan olan istehlakçıların iştirakı nəzərdə tutulur.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Fatih Dönməzin sözlərinə görə, bu gün Ankara Bolqarıstanla yanaşı, Şimali Makedoniya, Rumıniya və Moldovaya qaz nəqli məsələsini müzakirə edir. Nazir, həmçinin bildirib ki, “Botaş” dövlət şirkətinin rəhbəri hazırda Omandadır. Türkiyə Omanla ildə 1,4 milyard kubmetr qaz alınmasına dair 10 illik müqavilə imzalamağa hazırlaşır.