Pakistanda terror qurbanlarının sayı 40 nəfəri ötüb
Pakistanın şimalındakı Peşəvər şəhərində yerləşən məsciddə baş vermiş partlayış nəticəsində həlak olanların sayı 44-ə çatıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, hadisə zamanı ən azı 157 nəfər yaralanıb. Şəhər hakimiyyəti insanların dağıntılar altından xilas edilməsi əməliyyatının davam etdiyini və qurbanların sayının arta biləcəyini bildirir. Həlak olanlar arasında polis əməkdaşları da var.
Hücuma görə məsuliyyəti “Tehreek-e-Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb.
Xatırladaq ki, yerli KİV-də yayılan xəbərlərə görə, terrorçu məsciddə çoxlu insanın günorta namazına toplaşdığı vaxt üzərindəki partlayıcını işə salıb.