Somalidə yüksəkrütbəli dövlət rəsmisi öldürülüb
Əl-Şəbab” silahlıları Somalinin Qalmuduq əyalətində Nəqliyyat və Aviasiya Departamentinin (nazir) rəhbəri Farhio Abdi Vasuqeni öldürüblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Somalinin “Garove” xəbər portalı məlumat yayıb.
Məlumatına görə, qətl hadisəsi yanvarın 28-də Farhio Abdi Vasuqenin Moqadişunun xüsusi mühafizə olunan ərazisində olarkən törədilib.