Xəbər lenti
Dəmir yumruq » Dünya » G7 Rusiyanın dizel yanacağı üçün 100-110 dollar qiymət həddini dəstəkləyir
Dünya / 28-01-2023, 14:23

G7 Rusiyanın dizel yanacağı üçün 100-110 dollar qiymət həddini dəstəkləyir

G7 Avropa İttifaqı tərəfindən Rusiyanın dizel yanacağının bir bareli üçün müəyyənləşdirilən 100-110 dollar qiymət həddini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, Bloomberg agentliyi bu barədə G7-də olan mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Avropa İttifaqı dizel yanacağının bareli üçün yuxarı qiymət həddini 100 dollar müəyyən etmək istəsə də, “yeddilik” limitin bir qədər yüksək olmasında israrlıdır. G7 ölkələri hesab edir ki, həddən artıq ucuz qiymət yanacağın qiymətində sıçrayışa və Avropa bazarında qıtlığa səbəb ola bilər.

Bu barədə müzakirələrin davam edəcəyi və fevralın əvvəlinə qədər sazişə nail olunacağı gözlənilir.

Yanvarın 27-də Londonun ICE birjasında dizel yanacağının bir barelinin qiyməti 125 dollar təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.