Amerikalı general: 2025-ci ildə ABŞ Çinlə müharibəyə başlayacaq
ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan xidməti qeydində Birləşmiş Ştatların 2025-ci ildə Çinlə müharibəyə başlayacağını yazıb və tabeliyində olanları müharibəyə hazırlaşmağa çağırıb.
AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Nəqliyyat Komandanlığının nümayəndələrindən biri xidməti qeydin həqiqiliyini təsdiqləyib.
Generalın fikrincə, Çinin hakimiyyət orqanları Tayvana nəzarət etmək üçün 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən istifadə edə bilər.
Pekin adanı öz ərazisi hesab etsə də, Tayvan 1949-cu ildən müstəqil siyasət aparır. 2022-ci ilin avqustunda Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taybeyə səfərindən sonra regionda vəziyyət gərginləşib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır