Xəbər lenti
Dəmir yumruq » Dünya » Gürcüstanda transmilli cinayətkar dəstə ifşa olunub
Dünya / 27-01-2023, 02:44

Gürcüstanda transmilli cinayətkar dəstə ifşa olunub

Gürcüstanda transmilli cinayətkar dəstə ifşa olunub. Transmilli cinayətkar dəstənin üzvləri Gürcüstanda 100 milyon dollardan çox vəsaiti leqallaşdırmağa cəhd göstəriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu məlumat yayıb.
Bir neçə ölkədə eyni vaxtda aparılan araşdırma zamanı məlum olub ki, onlarda olan pul saxtakarlıq, kiber fırıldaqçılıq və sənədlərin saxtalaşdırılması nəticəsində xaricdən alınıb.
Faktla bağlı Gürcüstanda 3 nəfər və 13 şirkətə qarşı cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər pulların mənşəyini gizlətmək üçün Gürcüstana pul köçürüb və firmalar arasında bir sıra bank əməliyyatları aparıb, sonra isə onu daşınmaz əmlaka yatırıblar.
Məhkəmə onların təxminən 70 milyon dollar, 1,760 milyon avro və əmlakına, o cümlədən Kobuletidə 11 milyon lariyə alınmış 21 min kvadratmetr sahəyə malik torpaq sahəsinə həbs qoyub.
Təqsirləndirilən şəxsləri, xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması maddəsi ilə 7 ildən 12 ilədək həbs cəzası gözləyir.
Onlarla əlbir olan hüquqi şəxslər külli miqdarda cərimə olunub və fəaliyyət hüququndan məhrum edilirlər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.