Xəbər lenti
Dəmir yumruq » Dünya » ABŞ Prezidenti Ukraynaya “Abrams” tanklarının veriləcəyini təsdiqləyib
Dünya / 26-01-2023, 02:49

ABŞ Prezidenti Ukraynaya “Abrams” tanklarının veriləcəyini təsdiqləyib

ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Ukraynaya “31 M1 Abrams” tanklarının verilməsi barədə qərar qəbul edildiyini təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə Ağ Evdəki çıxışı zamanı deyib.

C.Bayden bildirib: “Bu gün mən ABŞ-ın Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcəyini elan edirəm. Bu, bir Ukrayna tank batalyonuna bərabərdir”.

Baydenin sözlərinə görə, “Abrams” tanklarının Kiyevə çatdırılması vaxt aparacaq, lakin ABŞ tezliklə Ukrayna Silahlı Qüvvələrinin ekipajlarını hazırlamağa başlayacaq.

Qeyd edək ki, bundan əvvəl Almaniya Ukraynaya “Leopard-2” tankları verəcəyini açıqlayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.