Dəmir yumruq » Dünya » Münxendə Ukraynaya alman tanklarının verilməsinə qarşı kütləvi nümayiş keçirilib
Dünya / 26-01-2023, 02:46

Münxendə Ukraynaya alman tanklarının verilməsinə qarşı kütləvi nümayiş keçirilib

Almaniyanın Bavariya federal əyalətində (Münxendı) Ukraynaya alman tanklarının və silahlarının verilməsinə qarşı nümayiş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Muenchen steht auf” hərəkatı tərəfindən təşkil olunan aksiyada yüzlərlə şəhər sakini iştirak edib.

Onlar Münxenin mərkəzi meydanına toplaşaraq sülhə çağıran və Ukraynaya tankların verilməsini pisləyən şüarların əks olunduğu plakatlar qaldırıblar.

Etirazçılar Ukraynada “silahsız sülh”ün bərqərar olmasını və “müharibənin digər forması olan iqtisadi müharibənin bitməsi”ni tələb ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.