Xəbər lenti
Dəmir yumruq » Dünya » Pekində son 45 ilin ən güclü şaxtaları qeydə alınıb
Dünya / 25-01-2023, 16:07

Pekində son 45 ilin ən güclü şaxtaları qeydə alınıb

Çin paytaxtının meteorologiya xidmətləri yanvarın 25-də 1978-ci ildən bu yana ən güclü şaxtaları qeydə alıb.

AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, son günlər Pekində şaxtalı hava şəraiti hökm sürür. Bu gün səhər saatlarında termometrlər mənfi 16,7 dərəcəni göstərib.

Bir müddət öncə ölkənin şimal-şərqində yerləşən Heyluntszyan əyalətinin Mohe şəhərində temperatur mənfi 53 dərəcəyə enib. Bu isə son 54 ilin rekord göstəricisidir. Belə ki, 1969-cu ildə havanın temperaturu mənfi 52,3 dərəcəyə düşmüşdü.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.