Xəbər lenti
Dəmir yumruq » Dünya » Tətil səbəbindən Berlin aeroportunda bütün reyslər ləğv edilib
Dünya / 25-01-2023, 16:05

Tətil səbəbindən Berlin aeroportunda bütün reyslər ləğv edilib

Yerüstü personalın tətili səbəbindən Berlin-Brandenburq aeroportunun 300 reysi ləğv edilib.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, “Verdi” həmkarlar ittifaqının təşkil etdiyi tətilin iştirakçıları maaşlarının ayda 500 avro artırılmasını istəyir. Lakin aeroport rəhbərliyi əməkdaşlarına hələlik 2 min avroluq birdəfəlik ödəniş təklif edib.

Ümumilikdə 35 min sərnişinə təsir edən tətil 2018-ci ildən bəri bu sayda reysin ləğvinə səbəb olan ən irimiqyaslı aksiyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.