Xəbər lenti
Dəmir yumruq » Dünya » Ukraynada dövlət qulluqçuları və deputatlarla bağlı qadağa
Dünya / 24-01-2023, 02:59

Ukraynada dövlət qulluqçuları və deputatlarla bağlı qadağa

Ukraynanın dövlət qulluqçularına və deputatlarına məzuniyyətə və ya dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getmələri qadağan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var.

“Məmurların xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının fundamental qərarı var. Bu, mərkəzi hakimiyyətin bütün məmurlarına, digər müxtəlif səviyyəli yerli idarəetmə orqanlarına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xalq deputatlarına, prokurorlara və bütün şəxslərə aiddir”, - V.Zelenski bildirib.

“İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Artıq məmurlar nə məzuniyyətə, nə də başqa qeyri-dövlət məqsədləri üçün xaricə gedə bilməyəcəklər", - dövlət başçısı izah edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.