Fransada pensiya islahatlarına qarşı etirazlar davam edir
Fransada pensiya islahatlarına qarşı etirazlar davam edir.
AZƏRTAC xəbər verir ki, ötən gün Parisdə təxminən 150 min insan pensiya islahatları əleyhinə nümayişlərdə iştirak ediblər.
Bu dəfə küçələrə çıxanların əksəriyyəti gənclər olub.
Qeyd edək ki, yanvarın 19-da keçirilən mitinqlərdə bütün Fransa üzrə etirazlarda 1-2 milyon insanın iştirak etdiyi bildirilir.