Xəbər lenti
Dəmir yumruq » Dünya » Avropanın turizm sektoru pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşır
Dünya / 19-01-2023, 03:06

Avropanın turizm sektoru pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşır

Avropa İttifaqı (Aİ) ölkələrində otel və hostel tipli turizm obyektlərində gecələmələrin sayı COVID-19 epidemiyasından əvvəlki səviyyəyə çatıb.

AZƏRTAC xəbər verir ki, pandemiyanın ciddi təsir etdiyi Aİ-nin turizm sektoru keçən il xeyli yaxşılaşıb. Avropa Statistika Bürosu (“Eurostat”) 2022-ci ildə ittifaqa üzv ölkələrdə turistlərin gecələmələri ilə bağlı məlumatları açıqlayıb. Bildirilir ki, pandemiyadan əvvəl 2019-cu ildə turizm obyektlərində 2 milyard 880 milyon olan gecələmələrin sayı keçən il 2 milyard 720 milyona çatıb. Belə ki, Aİ ölkələrində turizm obyektlərində gecələmələr epidemiyadan əvvəlki 2019-cu illə müqayisədə cəmi 5,6 faiz geri qalıb. Ötən il Aİ ölkələrində beynəlxalq turistlərin gecələmələri isə 1 milyard 190 milyon olub.

Xatırladaq ki, Aİ ölkələrində turistlərin gecələməsi 2020-ci ildə 1,4 milyard, 2021-ci ildə isə 1,8 milyard, beynəlxalq turistlərin gecələmələrinin sayı isə illər üzrə müvafiq olaraq 412,5 milyon və 587,8 milyon təşkil edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.