Türkiyə-ABŞ strateji mexanizmi toplantısının ildə iki dəfə təşkili təklif edilib
Türkiyənin F-16 qırıcılarını almaq tələbinin İsveç və Finlandiyanın NATO-ya üzv olmaq müraciəti ilə əlaqəsi yoxdur. ABŞ Konqresinin bu məsələlərin əlaqəli olduğunu göstərməməsi vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamasında deyib.
ABŞ-ın dövlət katibi Entoni Blinken ilə iki ölkə arasında enerji sahəsində əməkdaşlığı genişləndirmək məsələsində həmfikir olduqlarını diqqətə çatdıran nazir deyib ki, Türkiyə-ABŞ strateji mexanizmi toplantısını təşkilatlandırmaq və bu qurumun hər il ən azı iki dəfə bir araya gəlməsi təklifini qarşı tərəfə çatdırmışıq.