Xəbər lenti
Dəmir yumruq » Dünya » Gürcüstanın Baş naziri Serbiya Prezidenti ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
Dünya / 19-01-2023, 03:01

Gürcüstanın Baş naziri Serbiya Prezidenti ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Gürcüstanın Baş nazir İrakli Qaribaşvili Davosda Dünya İqtisadi Forumu çərçivəsində Serbiya prezidenti Aleksandar Vuçiç ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatda siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf perspektivləri diqqət mərkəzində olub.

Tərəflər, həmçinin Cənubi Qafqazda və dünyada təhlükəsizlik, sabitlik və ölkələrin ərazi bütövlüyü barədə məsələləri də nəzərdən keçiriblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.