Londonun ICE birjasında “Brent” markalı neftin qiyməti yanvarın 3-dən bəri ilk dəfə 86 dolları ötüb
Londonun ICE birjasında “Brent” markalı neftin 2023-cü ilin mart ayı üçün fyuçers müqaviləsinin qiyməti yanvarın 3-dən bəri ilk dəfə bir barel üçün 86 dolları ötüb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti axşam saatlarında 2,13 faiz artaraq 86,26 dollar olub.
Eyni zamanda, WTI markalı xam neftin 2023-cü ilin mart ayı üçün fyuçersləri 1,35 faiz artaraq bir barel üçün 81,19 dollar təşkil edib.