AEBA-nın Cənubi Ukrayna AES-də missiyası yaradılıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Cənubi Ukrayna Atom Elektrik Stansiyası (AES) ərazisində missiyası yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi tviter hesabında bildirib.
“İndi AEBA-nın bayrağı Cənubi Ukrayna AES-in üzərində dalğalanır. Biz davam edən münaqişə zamanı nüvə təhlükəsizliyini təmin etmək üçün buradayıq. Tezliklə AEBA bütün atom elektrik stansiyalarında daimi iştiraka malik olacaq”, - o yazıb.
Yanvarın 13-də məlum olub ki, Rafael Qrossi Ukraynaya səfər edəcək və burada mütəxəssisləri yerləşdirmək üçün atom elektrik stansiyalarına baş çəkəcək.
Agentliyin məlumatına görə, AEBA Ukraynada təxminən 11-12 ekspert saxlamağı planlaşdırır.