Xəbər lenti
Dəmir yumruq » Dünya » Türkiyə Prezidenti Muğlada gənclərlə görüşüb
Dünya / 16-01-2023, 02:44

Türkiyə Prezidenti Muğlada gənclərlə görüşüb

Bu il keçiriləcək prezident seçkiləri sadəcə olaraq namizədlər arasında deyil, köhnə ilə yeni Türkiyə arasında aparılacaq. Türkiyənin yeni yüz ili günəş kimi üzərimizə doğan bir milad olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada ölkə gənclərinin nümayəndələri ilə keçirdiyi görüşdə ifadə edib.

Güclü və qüdrətli Türkiyədən qürur duyduqlarını bildirən gənclər dövlət başçısına qlobal məkanda və ölkə daxilində baş verən proseslərə dair çoxsaylı suallar ünvanlayıblar.

Görüşdə Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışının və sual-cavabın əsasını 2023-cü ildə keçiriləcək seçkilər mövzusu təşkil edib.

Seçkilərə altı aya yaxın vaxt qalmasına baxmayaraq, birləşmiş müxalifət təmsilçilərinin partiya olaraq fərdi qaydada və yaxud ortaq namizəd irəli sürməməsi təəssüflə vurğulanıb.

“Cümhur İttifaqı” olaraq parlamentdə heç bir problemlərinin olmadığını ifadə edən dövlət başçısı deyib ki, biz, öz yolumuzda qərarlı şəkildə gedirik və gedəcəyik. Ona görə də qarşıdakı seçkilər çox mühümdür. Bu mənada mən gənclərimizə çox güvənirəm.

Görüş Türkiyənin xarici və daxili siyasətinin bütün istiqamətini özündə əks etdirib.

Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə müxalifətyönlü Milliyyətçi Hərəkat Partiyasının (MHP) təmsil olunduqları “Cümhur İttifaqı”nın prezidentliyə vahid namizədi Rəcəb Tayyib Ərdoğandır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.