Türkiyədə zəlzələ olub
Türkiyənin Elazığ vilayətində Rixter cədvəli ilə 4.9 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Türkiyə vaxtı ilə saat 06:36 qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, zəlzələnin təsiri araşdırılır.