Xəbər lenti
Dəmir yumruq » Dünya » KİV: Kabildə partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb
Dünya / 11-01-2023, 21:20

KİV: Kabildə partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Əfqanıstan Xarici İşlər Nazirliyinin Kabilin mərkəzində yerləşən binasının yaxınlığında törədilən partlayış nəticəsində həlak olanların sayı azı 21 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti məlumat yayıb. Hadisə zamanı daha 25 nəfər yaralanıb.

Bir qədər əvvəl “Al Jazeera” telekanalı 7 nəfərin öldüyünü və 10 nəfərin yaralandığını bildirmişdi.

Taliban hökumətinin rəsmi nümayəndəsinin tviter səhifəsində yerləşdirdiyi məlumata görə, terrorçu-kamikadze Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd göstərib. Mühafizə xidməti terrorçunu binanın qapısında aşkarlayıb və bundan sonra o, üzərindəki partlayıcını işə salıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.