İndoneziya yaxınlığında 7,6 bal gücündə zəlzələ baş verib
İndoneziya sahillərində 7,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 355 min nəfər əhalisi olan Ambon şəhərindən 431 kilometr cənub-şərqdə, Banda dənizində yerləşib.
Yeraltı təkanlar yerin 97 kilometr dərinliyində baş verib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.