Xəbər lenti
Dəmir yumruq » Dünya » Hulusi Akar: Nargində saxlanılan əsgərlərə yardımına görə Azərbaycan xalqına minnətdarıq
Dünya / 9-01-2023, 14:56

Hulusi Akar: Nargində saxlanılan əsgərlərə yardımına görə Azərbaycan xalqına minnətdarıq

Sarıqamış şəhidlərini andığımız bir gündə Nargin adasında məcburi həyat yaşayan əsgərlərimizə göstərdikləri köməyə görə qardaş Azərbaycan xalqına minnətdarlığımızı bildiririk.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Sarıqamış faciəsinin 108-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada yer alıb.

Canını vətən yolunda fəda edən qəhrəman türk övladlarının Sarıqamış hərəkatı zamanı qarşılaşdıqları çətinliklərdən və faciədən bəhs edən nazir şəhidlərə Allahdan rəhmət diləyib. O əminliklə bildirib ki, Türkiyə Silahlı Qüvvələri cümhuriyyət tarixində tarixi missiyasını ən yüksək səviyyədə yerinə yetirməkdədir.

Nazir, həmçinin xatırladıb ki, Türkiyə ordusu Şimali Kipr Türk Respublikası və Azərbaycan başda olmaqla, dost, qardaş və müttəfiq ölkələrin haqlı mübarizəsinə dəstək göstərməklə dünyada sülhün qorunmasına töhfə verir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.