Dəmir yumruq » Dünya » Meksikada iki qatar toqquşub: 1 nəfər ölüb, daha 57 nəfər yaralanıb VİDEO
Dünya / 9-01-2023, 18:51

Meksikada iki qatar toqquşub: 1 nəfər ölüb, daha 57 nəfər yaralanıb VİDEO

Meksikanın paytaxtı Mexikoda metro stansiyada iki qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 57 nəfər xəsarət alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə şəhərin ictimai təhlükəsizlik departamentinin rəhbəri Omar Qarsiya bildirib.

Qeyd edilib ki, zərərçəkənlər Mexikodakı tibb müəssisələrinə aparılıb və onlara lazımi yardım göstərilib.

Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib. Xilasetmə əməliyyatı davam edir.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.