Braziliyada fövqəladə vəziyyət elan edilib
Braziliya prezidenti Luis İnasio Lula da Silva sabiq dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşlarla əlaqədar paytaxtda 1 aylıq fövqəladə vəziyyət elan edib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı dövlət başçısı jurnalistlərə özü məlumat verib.
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları yanvarın 8-də polislə toqquşub və paytaxtda hökumət binalarına soxulublar. Bazar günü boş qalan inzibati binaların bir neçə mühafizəçisi oktyabrda keçirilən prezident seçkilərinin nəticələrini tanımayan etirazçıları dəf edə bilməyib.