Xəbər lenti
Dəmir yumruq » Dünya » Keniyada avtobus qəzası nəticəsində azı 20 nəfər ölüb
Dünya / 9-01-2023, 02:49

Keniyada avtobus qəzası nəticəsində azı 20 nəfər ölüb

Uqanda-Keniya sərhədi yaxınlığında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb, daha 49 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, avtobus Uqandanın Mbale şəhərindən Keniyanın paytaxtı Nayrobiyə gedirmiş. Qəza Keniya ərazisində, avtobus dövlət sərhədini keçdikdən az sonra baş verib.

İlkin məlumata görə, sürücü sürət həddini aşıb, daha sonra idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb.

Ölənlərin əksəriyyətinin Uqanda vətəndaşları olduğu bildirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.