Dəmir yumruq » Dünya » Avrozonada inflyasiya təkrəqəmli göstəriciyə düşüb
Dünya / 7-01-2023, 02:05

Avrozonada inflyasiya təkrəqəmli göstəriciyə düşüb

Ötən ilin dekabrında Avrozonada inflyasiya 9,2 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, dekabrda Avrozonada istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artıb. İstehlak qiymətləri dekabrda noyabra nisbətən 0,3 faiz azalıb.

Xatırladaq ki, noyabrda Avrozonada 10,1 faizlik inflyasiya qeydə alınmışdı.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.