“Mercedes-Benz” şirkəti elektromobillər üçün elektrik doldurma stansiyaları şəbəkəsi quracaq
Alman avtomobil istehsalçısı “Mercedes-Benz” bütün dünyada - Şimali Amerikada, Avropada və Çində özünün elektrik avtomobilləri üçün elektrik doldurma stansiyaları şəbəkəsi qurmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Heise” portalı məlumat yayıb.
Bildirilib ki, şirkət 2030-cu ilin sonunadək elektromobillər üçün 10 mindən çox sürətli elektrik doldurma məntəqəsi yaratmağı planlaşdırır. İlk stansiyalar bu il ərzində Şimali Amerikada yaradılacaq və onlar təkcə “Mercedes-Benz” avtomobillərinə deyil, digər markalardan olan avtomobillərə də xidmət göstərəcək.