Xəbər lenti
Dəmir yumruq » Dünya » Qeyri-adi sualtı park
Dünya / 5-01-2023, 02:52

Qeyri-adi sualtı park

OMA” arxitektura bürosu qeyri-adi – “ReefLine” sualtı park layihəsini tamamlamaq üzrədir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, sualtı qurğu dəniz dibinin topoqrafiyasına uyğun salınmış beton modul bloklardan ibarət olacaq və dəniz həyatı üçün süni rif rolunu oynayacaq.

Mütəxəssislərin fikrincə, uzunluğu 11,2 kilometr olan sualtı park Florida sahillərində dəniz ekosisteminin bərpası üçün əsas olacaq, həmçinin okeanın flora və faunasını öyrənəcək turistləri cəlb edəcək.

Layihə müəllifləri hesab edirlər ki, sualtı park həm də külli miqdarda gəlir gətirəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.