Xəbər lenti
Dəmir yumruq » Dünya » Sorğu: Fransızların əksəriyyəti 2023-cü illə bağlı olduqca bədbindirlər
Dünya / 5-01-2023, 02:47

Sorğu: Fransızların əksəriyyəti 2023-cü illə bağlı olduqca bədbindirlər

Fransa sakinlərinin əksəriyyəti 2023-cü illə bağlı olduqca bədbindirlər və bunun nə ölkə, nə də şəxsən onlar üçün əvvəlki ildən yaxşı olmayacağına inanırlar.

AZƏRTAC xəbər verir ki, belə nəticələri “Elabe” sosioloji xidməti yanvarın 3-dən 4-dək 1000 nəfər arasında keçirilən sorğuya əsasən dərc edib.

“Ölkə üçün respondentlərin 50 faizinin fikrincə, 2023-cü il daha pis olacaq, 33 faizi bunun nə daha yaxşı, nə də pis, 8 faiz isə daha yaxşı olacağına inanır. Özlərinə gəldikdə, 34 faiz hər şeyin daha da pisləşəcəyini gözləyir, 38 faiz nə yaxşı, nə də daha pis, yalnız respondentlərin 16 faizi hər şeyin yaxşılaşacağına ümid edir”, – sorğuda bildirilir.

Respondentlərin əksəriyyəti (56 faizi) üçün alıcılıq qabiliyyəti ilə bağlı məsələlərin səlahiyyətli orqanlar tərəfindən həlli aktuallıq baxımından birinci yerdə qalır. 44 faiz daim xərcləri məhdudlaşdırmaq məcburiyyətində qaldıqlarını, yalnız 18 faiz isə ayın sonunadək pula qənaət etmək imkanı olduqlarını söyləyiblər. Respondentlərin 36 faizi sağlamlıq, 21 faizi isə pensiya ilə bağlı məsələlərdən narahatdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.