Filippin sahillərində 5,2 bal gücündə zəlzələ baş verib
Yanvarın 3-də Filippin sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri 67 min nəfərin yaşadığı Bisliq qəsəbəsindən 72 kilometr şimal-şərqdə, mənbəyi 35 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır