Yəməndə dəyəri 130 milyon dollar olan limanın inşası planlaşdırılır
Yəmən rəhbərliyi iki ay ərzində Əl-Məhra əyalətinin şərqindəki Kişn rayonunda limanın tikintisinə başlamağı planlaşdırır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Yəmənin nəqliyyat nazirinin müavini Naser Şurayf bildirib.
O qeyd edib ki, layihənin dəyəri 130 milyon dollar qiymətləndirilir. Bildirilib ki, limana faydalı qazıntıların daşınması üçün 45 milyon dollarlıq yolun tikintisi də nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin