Dəmir yumruq » Dünya » İtaliyada kiçik təyyarə Alp dağlarına qəza enişi edib
Dünya / 1-01-2023, 05:38

İtaliyada kiçik təyyarə Alp dağlarına qəza enişi edib

İtaliyada mühərriki dayanan kiçik təyyarə Alp dağlarında məcburi eniş edib.

AZƏRTAC xəbər verir ki, “Trento” hava limanından bir pilot və iki sərnişinlə havaya qalxan təyyarə mühərrik nasazlığı səbəbindən Laqoray dağ silsiləsində 2100 metr yüksəklikdəki qarla örtülmüş əraziyə məcburi eniş edib. Təyyarədən sağ çıxmağı bacaran və kömək istəyən pilot ilə sərnişinlər helikopterlə xilas edilib.

Yüngül xəsarətlər alan pilot və sərnişinlər tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.