Serbiya ilə Kosovo arasındakı sərhəd-keçid məntəqəsi yenidən açılıb
Kosovo Serbiya ilə ən böyük sərhəd-keçid məntəqəsini yenidən açıb.
AZƏRTAC xəbər verir ki, Kosovo serblərinin ölkənin şimalında yollarda qurduğu barrikadaları sökməyə başlaması fonunda Belqrad-Priştina gərginliyi azalıb. Belə ki, Kosovo polisi sərhədin Serbiya tərəfindəki barrikadaların götürülməsindən sonra quru nəqliyyatında və ölkənin Avropa ilə əlaqəsində mühüm yeri olan Merdare sərhəd-keçid məntəqəsinin yenidən fəaliyyətə başladığını açıqlayıb.
Bu, Belqrad və Priştina arasında gərginliyin azaldılmasında mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, ABŞ və Avropa İttifaqı da tərəfləri gərginliyi azaltmağa çağırıb.