İstanbuldakı Xüsusi Koordinasiya Mərkəzində yeni təyinat olub
Küveyt Silahlı Qüvvələrinin sabiq vitse-admiralı Abdulla Əbdül Səməd Dəşti BMT-nin taxıl məhsullarının təhlükəsiz daşınması üçün İstanbuldakı Xüsusi Koordinasiya Mərkəzində daimi əlaqələndirici vəzifəsinə təyin olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın saytı məlumat yayıb.
BMT-nin Baş katibi Antonio Quterreş Abdullah Əbdül Səməd Dəştinin təşkilatın Qara Dəniz Taxıl Təşəbbüsü üzrə əlaqələndirici vəzifəsinə təyin edildiyini açıqlayıb. O, bu vəzifədə Sudanı təmsil edən Əmir Mahmud Abdullanı əvəzləyib.
Qeyd edək ki, Abdulla Əbdül Səməd Dəşti 2019-2020-ci illərdə Küveytin Belçikadakı hərbi attaşesi, həmçinin ölkəsinin NATO-dakı missiyasının nümayəndəsi olub.