Xəbər lenti
Dəmir yumruq » Dünya » İran səfiri İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb
Dünya / 28-12-2022, 21:36

İran səfiri İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb

İranın İtaliyadakı səfiri Məhəmməd Rza Saburi dekabrın 28-də Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə çağırılıb.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani səfirə İtaliyanın İranda baş verənlərlə bağlı hiddətini və narahatlığını ifadə edib.

“Görüş zamanı İranda ölüm hökmlərinin, edamların dərhal dayandırılmasını, nümayişçilərə qarşı zorakılıqların yol verilməz olduğunu və hakimiyyətin etirazçılarla dialoqa başlamasını xahiş etdim. Baş verənlərin ölkənin milli təhlükəsizliyinin qorunması ilə heç bir əlaqəsi yoxdur. Ya edamlar dayandırılacaq, ya da baş verənləri qətiyyətlə pisləməyə davam edəcəyik. Biz insan hüquqlarını, mətbuat və nümayiş azadlığını müdafiə edirik”, - deyə A.Tayani bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.