Xəbər lenti
Dəmir yumruq » Dünya » Vatsap dekabrın 31-dən bəzi cihazlarda işləməyəcək
Dünya / 28-12-2022, 03:00

Vatsap dekabrın 31-dən bəzi cihazlarda işləməyəcək

Vatsap bu il dekabrın 31-də bəzi “Apple”, “Samsung” və “Huawei” cihazlarında işini dayandıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gizchina” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, tərtibatçının messenceri köhnəlmiş qurğulara uyğunlaşdırmaqdan imtina etməsi ilə bağlıdır. Ümumilikdə, vatsapın söndürülməsi smartfonun 49 modelinə təsir edəcək. Bunlara “iPhone 5” və “5c”, “Samsung Galaxy S2”, “Samsung Galaxy S3 mini”, “Huawei Ascend Mate”, “Huawei Ascend P1” və seçilmiş LG, HTC və “Lenovo” cihazları daxildir.

Qeyd edilib ki, messencerdə problemlərin qarşısını almağın yeganə yolu daha müasir qadcet almaqdır.

Bundan əvvəl vatsap mesajların təsadüfən silinməsinə qarşı qoruma əlavə etmişdi. İndi istifadəçilər təsadüfən silinmiş yazışma fraqmentlərini bərpa edə bilərlər, bunun üçün beş saniyə vaxt verilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.