ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 63-ə çatıb
ABŞ-ın mərkəzi və şərq ştatlarında qar fırtınası qurbanlarının ümumi sayı 63 nəfərə çatıb.
AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, qurbanların əksəriyyəti Nyu-York ştatının qərbində, Buffalo şəhərində və onun ətraflarında qeydə alınıb - 33 nəfər.
Telekanal qeyd edir ki, ölənlərin sayı arta bilər. Ştatın bu hissəsinə güclü qar yağması davam edir və hakimiyyət bunun daha çox qurbanlara səbəb olacağından ehtiyat edir. Qar fırtınası nəticəsində ölüm halları Kanzas, Kentukki, Missuri, Ohayo və Tennessi də daxil olmaqla 11 ştatda da qeydə alınıb.
Flightaware.com portalının məlumatına görə, şənbə günü ABŞ-da pis hava şəraiti səbəbindən 1,8 mindən çox reys ləğv edilib. Şiddətli hava xəbərdarlığı ölkənin mərkəzi və şərq hissələrində təqribən 175 milyon amerikalıya təsir edib. Kəskin hava şəraitinin bu həftə də davam edəcəyi gözlənilir.