Xəbər lenti
Dəmir yumruq » Dünya » Anqolanın eks-prezidentinin qızının bir milyard dollarlıq əmlakına həbs qoyub
Dünya / 27-12-2022, 19:36

Anqolanın eks-prezidentinin qızının bir milyard dollarlıq əmlakına həbs qoyub

Anqolanın Ali Məhkəməsi maliyyə cinayətlərində şübhəli bilinən Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santoşun böyük qızı İzabel duş Santoşun bir milyard dollarlıq əmlakına həbs qoyulması barədə qərar çıxarıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Jornal de Angola” məlumat yayıb.

Qəzet yazır ki, məhkəmə qərarını BMT-nin Korrupsiyaya qarşı Mübarizə Konvensiyası əsasında atıldığını qeyd edib. İzabel duş Santoşun xarici şirkətlər də daxil olmaqla onlarla şirkətdəki payları həbs edilib. Tədbirlərin qabaqlayıcı xarakter daşıdığı vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.