Xəbər lenti
Dəmir yumruq » Dünya » Əlcəzair növbəti iki il ərzində neftin barelinin 70 dollar olacağını proqnozlaşdırır
Dünya / 26-12-2022, 03:12

Əlcəzair növbəti iki il ərzində neftin barelinin 70 dollar olacağını proqnozlaşdırır

Əlcəzair hökuməti 2023-2025-ci illər üzrə bazarda xam neftin bir barelinin qiymətinin 70 dollar olacağını proqnozlaşdırır. Bu, Prezident Abdelmacid Tebbunun imzaladığı dövlət büdcəsi haqqında qanunda əksini tapıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sənəd 2023-cü il üçün makroiqtisadi və büdcə göstəricilərindən və 2024-2025-ci illər üçün proqnozlardan ibarətdir. Əlcəzairdə 2023-cü ildən 2025-ci ilədək neftin bir barelinin baza qiymətinin 60 dollar, bazar qiymətinin isə 70 dollar olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.